"Əmək pensiyaların baza hissəsi artırılacaq"

"Əmək pensiyaların baza hissəsi artırılacaq"

"Yaxın zamanlarda Azərbaycanda əmək pensiyaların baza hissəsinin artırılması nəzərdə tutulur, çünki Fondun mövcud büdcəsi buna imkan verir". SİA-nın məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov Gəncədə vətəndaşların qəbulu zamanı jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Dövlət Sosial Müdafiə Fondunun büdcəsində müvafiq vəsait nəzərdə tutulub: "Hazırda imkanlarımız artıq tam formalaşıb. İyunun 1-nə Fondun profisiti təxminən 70 milyon manata yaxın idi və bundan sonra da artım davam edəcək. Bu isə o deməkdir ki, iyul-avqust ayları üçün artımın başlanması üçün bizim maliyyə vəsaitlərimiz tam formalaşmış olacaq. Düşünürəm ki, pensiyaların baza hissəsinin 15-20% artımı olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə