Xalq yazıçısının 70 illik yubileyinə həsr olunan elmi sessiya keçirilib

Xalq yazıçısının 70 illik yubileyinə həsr olunan elmi sessiya keçirilib

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda xalq yazıçısı Elçinin anadan olmasının 70 illik yubileyinə həsr olunan elmi sessiya keçirilib. SİA-nın məlumatına görə, tədbirdə AMEA-nın müxbir üzvi Teymur Kərimli çıxışı zamanı bildirib ki, çağdaş milli nəsrimizin və dramaturgiyamızın istedadlı nümayəndəsi, görkəmli ictimai xadim, dünya şöhrətli yazıçı Elçinin bədii əsərləri təkcə Azərbaycanda deyil, həm də xarici ölkələrdə sevilə-sevilə oxunur, əldən-ələ gəzərək neçə-neçə nəsillər arasında mənəvi körpü yaradır.

Elmi sessiyada filologiya elmləri doktoru Şirindil Alışanlının "Xalqın və sənətkarın obrazı", filologiya elmləri doktoru Tehran Əlişanoğlunun "Nəsrin və əsrin yaddaşı", professor Bədirxan Əhmədovun "Milli dramaturgiyamızda Elçin mərhələsi" və filologiya elmləri doktoru Sara Osmanlının "Görkəmli ədəbiyyatşünas-tənqidçi" mövzusunda məruzələri dinlənilib.

Bütün xəbərlər Facebook səhifəmizdə