Səyyar "ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb

Səyyar "ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb

Quba da səyyar "ASAN xidmət" mərkəzi fəaliyyətə başlayıb. Mərkəz Quba ilə yanaşı Qusar və Xaçmaz sakinlərinə də xidmət edəcək. "ASAN xidmət" mərkəzlərinin bu il ərzində fəaliyyət göstərə bilməyəcəkləri bölgələrdə xüsusi avadanlıqlarla təchiz edilmiş avtobuslar rayonlara gedərək vətəndaşlara yerindəcə xidmət göstərəcək. Artıq Qubada prosesə start verilib. Belə ki, 15 gün ərzində Quba, Qusar və Xaçmaz sakinləri 5 dövlət orqanının 8 xidmətindən yararlanacaqlar. Mərkəzin İctimayətlə Əlaqələr şöbəsinin müdiri Azad Cəfərlinin SİA-nın Şimal bürosuna verdiyi məlumata görə, xidmət 3 rayondan olan ümumilikdə 410 min nəfər vətəndaş üçün nəzərdə tutulub.

Müraciətlərin əksəriyyəti şəxsiyyət, sürücülük vəsiqəsi və xarici pasportların alınması və ya dəyişdirilməsi ilə bağlı olub.

Qeyd edək ki, "ASAN xidmət" fəaliyyətə başladıqdan bu günə qədər 140 min nəfərə xidmət göstərib.

Emin Kərimov

Bütün xəbərlər Facebook səhifəmizdə