Göydən yerə insanları öyrənmək üçün biri yaşlı, biri cavan iki mələk düşür. Gecə qalmaq üçün bir qapını döyürlər. Ailə varlı olmasına baxmayaraq onları zirzəmidə yerləşdirir.
Yatmamışdan əvvəl yaşlı mələk zirzəmi divarının bir az dağılmış olduğunu görərək sehirlə onu qaydaya salır. Cavan mələk buna təəccüb edəndə, yaşlı mələk deyir:
- Heç də hər şey göründüy kimi deyil.
Sabahısı gün axşam onlar başqa bir ailədə qalası olurlar. Ailə çox kasıb olur, ancaq onlara öz yorğan -döşəklərini verərərk, özləri tövlədə yatmağa gedirlər. Səhər yuxudan mələklər ailənin qəmli olduqlarını görürlər. Gecə onların yeganə inəkləri ölür və ailə çətin vəziyyətə düşür.
Cavan mələk yaşlı mələyə deyir:
- Səni başa düşə bilmirəm. Bizi soyuq qarşılayanın zirzəmisinin divarını qaydaya saldın, bizə yaxşılıq edənin isə yeganə inəyini öldürdün. Hanı burada ədalət ?
Yaşlı mələk cavab verir:
- Sən hələ cavansan, hər şeyi görünən kimi qəbul edirsən. Heç də hər şey göründüy kimi deyil. Varlı ailənin zirzəmisinin dağınıq yerinin içində bir küpə qızıl gördüm, onlar ona layiq olmadıqları üçün üstünü malaladım. Bu kasıb ailəyə isə gecə ölüm mələyi gəlmişdi, mən ondan ailə üzvləri əvəzinə inəyin canını aparmağı xahiş etdim. Bu gün bu ailənin başçısı dolanmaq üçün varlı ailənin yanına iş üçün gedəcək. Onlar da bir qarın çörəyə ona zirzəmidə iş tapşıracaqlar. O kasıb ailə bir həftə orada əziyyət çəkəcək, ancaq sonra divardakı qızılla dolu küpü tapacaqlar.
Həyatda hər şey göründüyü kimi deyil.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB