Bu gün Türkiyənin paytaxtı Ankara şəhərində TÜRKPA-nın IV Plenar Sessiyası keçirilir. SİA-ya verilən məlumata görə, plenar sessiya İstanbul sazişinin imzalanmasının və TÜRKPA- nın yaranmasının 5-ci ildönümünə həsr olunur. Plenar Sessiyada üzv ölkələrin sədrlərinin, beynəlxalq təşkilatların nümayəndələrinin çıxışları dinləniləcək, TÜRKPA-nın son 5 illik fəaliyyətinə həsr olunmuş video təqdim olunacaq, həmçinin Beynəlxalq əlaqələr, İqtisadiyyat, ticarət və maliyyə məsələləri, Sosial, Mədəniyyət və Humanitar məsələlər, Hüquq məsələləri komissiyalarının hesabat və tövsiyə qərarlarının dinlənilməsi və təsdiqi də planlaşdırılır. Bundan əlavə Plenar Sessiyada TÜRKPA-nın yeni Baş Katibi və Baş Katibin müavinləri vəzifəsinə namizədlərin seçimi baş tutacaq.
Qeyd edək ki, Plenar Sessiyada Katibliyin 2014-cü il büdcə layihəsinin təsdiqi də gözlənilir. Sonda TÜRKPA-nın IV Plenar Sessiyanın yekun sənədi olan – Ankara Deklarasiyasının qəbulu nəzərdə tutulub.
Plenar Sessiyadan sonra üzv ölkələrin parlament sədrləri TÜRKPA-nın Baş Katibinin iştirakı ilə sessiyanın yekununa dair mətbuat konfransı keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB