Sərhəd" hərbi-idman oyunları uğurla başa çatdı

Sərhəd" hərbi-idman oyunları uğurla başa çatdı

Dövlət Sərhəd Xidmətində gənclərin vətənə,tariximizə,mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə olunması,onlarda sərhədçi peşəsinə marağın artırılması istiqamətində mühüm yarışlardan biri olan "Sərhəd" hərbi-idman oyunları başa çatıb. Yarışın final turu iyun ayının 3-dən 11-dək Dövlət Sərhəd Xidmətinin Mərdəkan qəsəbəsindəki Xüsusi Məktəbində keçirilib.

Yarışın final mərhələsinə Ordubad rayon internat tam orta məktəbinin "Ərgünəş" komandası, Lənkəran rayonu Haftoni qəsəbəsi tam orta məktəbin "Sərhədçi" komandası, Qusar rayonu Qalanxur kənd orta məktəbinin "Samur" komandası, Cəlilabad rayon Ləkin kənd orta məktəbinin "Ləkin" komandası, Oğuz rayonunun Bucaq kənd orta məktəbinin "Sərhədçi" komandası, Qax rayonunun Almalı kənd orta məktəbinin "Kürmük" komandası, Ağstafa rayonunun Böyük-Kəsik kənd orta məktəbinin "Sərhədçi" komandası mübarizə aparıb.

Oyun zamanı toplanılan ümumi balların miqdarına görə Ağstafa rayonu Böyük-Kəsik kənd tam orta məktəbinin "Sərhədçi" komandası birinci, Füzuli rayonu Mahir Səfərov adına Horadiz şəhər 1 saylı tam orta məktəbin "Ərgünəş" komandası ikinci, Qusar rayonunun Yuxarı Qalanxur kənd orta məktəbinin "Samur" komandası üçüncü yerə çıxıb.

Qaliblərin mükafatlandırılması mərasimində Dövlər Sərhəd Xidmətinin rəis müavini general-mayor İsmayıl Əkbərov, Gənclər İdman Nazirinin müavini İntiqam Babayev, Təhsil Nazirliyinin şöbə müdiri Ağababa İbrahimov qalibləri təbrik edib və hər bir gənc məktəblinin sərhədçi ruhunda yetişməsini arzuluyub.

Sonda onu da qeyd edək ki, "Sərhəd" hərbi-idman oyunları artıq 10-cu ildir ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin, Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin birgə qərarı əsasında təşkil olunur.

Sabir Bacaran

Bütün xəbərlər Facebook səhifəmizdə