Sabirabadda şagirdlərin məcburi əməyə cəlb edilməsi uydurmadır

Sabirabadda şagirdlərin məcburi əməyə cəlb edilməsi uydurmadır

Bəzi kütləvi informasiya vasitələrində Sabirabad rayonu İcra Hakimiyyətinin məktəbliləri fəhlə yerinə işlətməsi barədə tamamilə əsasız, yalan və böhtan dolu məlumat yayılmış və vidio belə əlavə olunmuşdur. Sabirabad Rayon İcra Hakimiyyətindən SİA-ya verilən məlumata görə, Sabirabad şəhər orta məktəblərinin şagirdlərinin İcra Hakimiyyəti tərəfindən guya rayon mərkəzindəki parklarda, xiyabanlarda məcburi şəkildə işləməyə çıxarıldığı göstərilir.

"Bildiririk ki, KİV-də yer alan bu məlumatlarda dərs vaxtı şagirdlərin məcburi əməyə cəlb edilməsi barədə irəli sürülən iddialar tamamilə yalan və heç bir fakta əsaslanmayan uydurmalardır. Video çəkilişlərində kadrlara düşən gənclərin isə Sabirabad rayonununa ümumiyyətlə, heç bir aidiyyəti yoxdur.

Doğrudur, bu gün Sabirabad ölkə rəhbərinin diqqət və qayğısı ilə yenidən qurulur. Özünü həqiqətən sabirabadlı hesab edən hər bir kəs bu inkişafa sevinməli və aparılan işlərə dəstək olmalıdır. Daha rayon haqqında yalan, bötan yaymamalıdır", - deyə məlumatda deyilir.

Bütün xəbərlər Facebook səhifəmizdə