"Azərbaycanda erkən nikah məsələsi hələ də ciddi problem olaraq qalmaqdadır. Artıq bu məsələdə region mövzusu yoxdur. Statistik olaraq araşdırmışıq ki, bu problem hansısa regionu deyil, ölkə üzrə müxtəlif regionları əhatə edir. Təbii ki, burada yenə valideyn məsuliyyəti məsələsi önə çıxır". SİA-nın məlumatına görə, bunu Milli Məclisdə Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva AŞ PA-nın təşkilatçılığı ilə keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.
A. Sofiyeva küçə uşaqları məsələsini də digər problem olaraq qaldırıb. Onun sözlərinə görə, bu sahədə komitə tərəfindən müvafiq addımlar atılır, monitorinqlər həyata keçirilir. O, eyni zamanda bildirib ki, uşaqların zorla əməyə cəlb edilməsi, uşaq əməyinin istismarı, o cümlədən övladlığa verilən uşaqlarla bağlı monitorinqlər də davam etdirilir: "Yaxın zamanlarda bütün bu monitorinqlər başa çatdırılacaq və əldə olunan nəticələrə uyğun müvafiq tədbirlərə başlanılacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB