Fərhad Hacıyev Avropa Şurasının Komitə İclasında iştirak edib

Fərhad Hacıyev Avropa Şurasının Komitə İclasında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev Avropa Şurasının gənclərlə iş sahəsi üzrə proqram komitəsinin üzvü kimi 3-6 iyun 2013-cü il tarixlərində Macarıstanın Budapeşt şəhərində Avropa Şurasının gənclərlə iş sahəsi üzrə proqram komitəsinin 29-cu iclasında iştirak edib. SİA-ya verilən məlumata görə, iclasın keçirilməsində əsas məqsəd 2012-ci ilin gənclər sahəsi üzrə proqramın monitorinqinin aparılması və 2013-cü ilin proqram və büdcəsinin müzakirə olunması, eyni zamanda Avropa Gənclər Fondu tərəfindən 2013-cü ilin fəaliyyətlərinin qiymətləndirilməsindən ibarətdir.

İclas zamanı 2012-ci ilin büdcəsinin monitorinqi aparılıb, 2013-cü ilin birinci hissəsi ərzində Avropa Gənclər Fonduna daxil olan gənclər layihələri və onlara ayrılmış vəsait müzakirə olunub, eyni zamanda, proqram komitəsinin üzvlərinə növbəti 2014-cü il üçün büdcə layihəsi təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə