“İslahatçı Gənclər” İctimai Birliyi 7 yaşını qeyd edib FOTO

“İslahatçı Gənclər” İctimai Birliyi 7 yaşını qeyd edib FOTO

Bu gün "İslahatçı Gənclər" İctimai Birliyi 7 yaşını qeyd edib. SİA-nın məlumatına görə, ilk çıxış edən İB-nin sədri Fərid Şahbazlı təşkilat haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.

Birliyin ad günü ilə bağlı fikirlərini bölüşən İB sədri F. Şahbazlı bildirib ki, məktəbli ikən çox böyük ümidlərlə yaratdıqları bu təşkilat hazırda ölkəmizin ən iddialı və strukturlaşmış təşkilatlarından biridir: "2006-cı il qurum fəaliyyətə başlayandan bu günə qədər çox məhdud imkanlarla 600-ə yaxın müxtəlif istiqamətli layihələr reallaşdırıb. Hazırda birliyimizin ölkəmizin 3 bölgəsində- Lənkəran, İsmayıllı və Gəncə, 7 universitetdə təmsilçilikləri fəaliyyət göstərir".

Onun sözlərinə görə, 7 il ərzində onlar bütün fəaliyyətləri boyu daim dövlətçilik mövqeyindən çıxış edib və dövlət başçısı İlham Əliyevin siyasi xəttini müdafiə ediblər: "Yolumuz və məqsədimiz aydındır. Birliyimiz qarşıdakı prezident seçkilərində İlham Əliyevin namizədliyinin dəstəklənməsi haqqında qərar qəbul edib. Biz cənab Prezidentin rəhbərliyi altında ölkədə aparılan islahatları dəstəkləyir və bunun davamlı olmasını arzu edirik".

Tədbirdə iştirak edən millət vəkilləri- Musa Qasımlı, Aydın Mirzəzadə, Qənirə Paşayeva, Zahid Oruc, Elton Məmmədov və digər rəsmi şəxslər İctimai Birliyin bundan sonrakı fəaliyyətində F. Şahbazlıya uğurlar arzulayıblar.

Qeyd edək ki, tədbirin sonunda adıçəkilən millət vəkillərinə və bir sıra mətbuat orqanına Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətinə verdiyi dəstəyə görə fəxri diplomla təltif ediliblər. "SƏS" media holdinqi də diplom alanların sırasında olub.

Bütün xəbərlər Facebook səhifəmizdə