AtaHoldinq şirkətlər qrupu qocalar evində

AtaHoldinq şirkətlər qrupu qocalar evində

AtaHoldinq şirkətlər qrupunun əməkdaşları daxili kommunikasiya planına əsasən növbəti aksiyasını həyata keçirdib. SİA-nın verdiyi xəbərə görə, aksiya iştirakçıları köhnə paltarlarını yığaraq, Bilgə qəsəbəsində yerləşən Qocalar evinə təqdim ediblər. AtaHoldinq kommunikasiya şöbəsinin müdiri Dilarə Zamanova Qocalar evinin sakinləri ilə görüşərək onlara paltarlar, şirniyyatlar və meyvələr paylayıb.

Maraqlı anlar yaşanan Qocalar evinin sakinləri onlara göstərilən diqqətdən razı qalıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə