Bu gün "Kaspi" qəzeti və Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı, Xocavənd rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə çəkilən "Ya Qarabağ, ya Ölüm" adlı filmin təqdimat mərasimi keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbiri giriş sözü ilə açan MŞ-in sədri Əflatun Amaşov film haqqında qısa məlumat verərək bildirib ki, film Azərbaycan mədəniyyəti, işğala məruz qalan torpaqlar və Qarabağ atlarından bəhs edir: "Filmin ana xətti vətənə sevgi, məhəbbətdir.Yradıcılığımızda müxtəlif mövzulu əsərlər yaratmaq olar. Lakin həmin əsərlərin ana xəttini vətənə sevgi təşkil etməsə, o əsər uzun müddət yaşaya bilməz. Bu film də demək olar ki, vətənlə, işğal olunmuş torpaqlarımız, Qarabağ atları, mədəniyyətimiz və tariximizlə bağlıdır".
Bundan sonra tədbir 45 dəqiqəlik filmin nümayişi ilə davam edib.
Film haqqında danışan "Kaspi" qəzetinin təsisçisi, filmdəki şeirlərin müəllifi Sona Vəliyeva deyib ki, doğulduğu bölgədən asılı olmayaraq, hər bir azərbaycanlı Qarabağı, Şuşanı öz evi bilməlidir: "Film atlarla başlayır. Çünki at muraddır, böyük gücün, etibarın ifadəsidir. Bu atlar filmdə türkçülük simvoludur. Biz ümid edirik ki, işğal olunmuş torpaqlarımızı geri qaytaracağıq. Bu gün hər birimiz Şuşanı öz evimiz bilməliyik. Şuşa hər birimizin qapısı bağlanan evimizdir. Biz o qapını açmalıyıq. Qarabağ məsələsində millətin iqtidar və ya müxalifət olmasından asılı olmayaraq, hamımız bir düşüncədə olmalı, bir amal uğrunda mübarizə aparmalıyıq".
Daha sonra tədbir, iştirakçıların film haqqında fikirlərinin səsləndirilməsi ilə davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB