AtaTexnologiya şirkəti 3 saylı internat evinin 6-14 yaşlarında olan uşaqlarına abunə etdikləri "Tumurcuq" qəzetinin ilk nömrəsini təqdim ediblər. SİA-nın verdiyi xəbərə görə, AtaTexnologiya şirkətinin nümayəndəsi Dilarə Zamanova uşaqlarla görüş keçirərək qəzeti onlara təqdim edib.
Daha sonra uşaqlar müəllimələrinin pianoda müşayiəti altında mahnılar ifa ediblər. Bir-birindən maraqlı şeirlər söyləyən balacalar Dilarə Zamanova tərəfindən mükafatlandırılıblar.
Qeyd edək ki, tədbir 3 saylı uşaq evinin körpələrinin rəqsləri ilə davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB