İşğalçı rejimin hakimiyətdə olduğu Ermənistanda əhalinin sosial durum kritik səviyyəyə çatıb. Bunu Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov deyib.
Onun sözlərinə görə, bütün regional iqtisadi, sosial layihələrdən kənarda qalmış Ermənistan sosial partlayış ərəfəsindədir: "Xarici borcu ölkənin ümumi daxili məhsulıunun 70 fazini təşkil edir. Ermənistan əhalisi ölkədən birdəfəlik miqrasiya edərək, yaşamaq üçün başqa ölkələrə üz tutur. Hətta bu günə qədər özlərinə güvənc nöqtəsi kimi baxdıqları Rusiya hakimiyyəti belə "kiçik qardaş"larına hamilik etməkdən imtina edib. Bu amil rusiyanın Ermənistana mavi yanacağı baha qiymətə satmaqla bağlı son qərarından da aydın görünür. İşğalçı rejim və onun başında dayanan terrorçu Serj Sarksyan "böyük qardaş"larından baha qiymətə qaz almaq zərurətini Ermənistan əhalisinin cibinə girməklə konpensasiya etməyə çalışır. Bu isə Ermənistan əhalisinin haqlı narazılığının daha da alovlanmasına, etiraz aksiyalarına səbəb olub. Sosial durumu onsuz da ağır olan ermənilər mövcud totalitar və irticaçı rejimə qarşı ayağa qalxır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB