İyunun 8-də Hüquqi və Demokratik İslahatlar Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "İnsan hüquq və azadlıqlarının müdafiəsində QHT-lərin rolunun artırılması" layihəsi çərçivəsində növbəti tədbirini Xaçmaz şəhərindəki keçirib. SİA-nın verdiyi məlumata görə, yerli QHT təmsilçilərinin, ictimai fəallarının və dövlət qurumları təmsilçilərinin iştirak etdiyi toplantıda layihənin rəhbəri İlham Əliyev qeyri-hökumət təşkilatlarının vətəndaş cəmiyyətinin inkişafında, insan hüquq və azadlıqlarının müdafiəsindəki rolundan danışıb.
HDİM sədri yaşadığımız dövrdə bütün dünyada cəmiyyət problemlərinin həllində vətəndaş cəmiyyəti institutlarının böyük rol oynadığını, bir sıra problemlərin həllində dövlət qurumlarına yardımçı olduğunu deyib. Layihə rəhbəri son illər QHT sektorunun inkişaf etdiyini, dövlətin üçüncü sektora diqqət ayrıdğını bildirib: "Azərbaycan dövləti vətəndaş cəmiyyəti institutlarının güclənməsində maraqlıdır və son illərdə qeyri-hökumət təşkilatları sektorunun inkişafı istiqəmətində atılan addımlar da bunu sübut edir. İnkişaf etmiş dünya ölkələrində müxtəlif cəmiyyət problemlərinin həllində QHT-lərin rolu böyükdür. Azərbaycanda da ictimai-siyasi proseslərdə QHT-lərin rolu artıb. Azərbaycanın güclü dövlət olmasını istəyən QHT-lərimizin sayı çoxdur. Onlar ölkədə mövcud olan problemlərin həllində maraqlıdırlar. Dövlət bu cür QHT-lərlə əməkdaşlıqda maraqlıdır. Qeyti-hökumət təşkilatları təkcə vətəndaş təşəbbüslərinin dəstəklənməsində rol oynamır, eyni zamanda insan hüquq və azadlıqlarının qorunmasında, insanların maarifləndirilməsi mühüm rola malikdirlər".
Xaçmaz rayon İcra Hakimiyyəti ictimai-siyasi şöbəsinin əməkdaşı Əzizağa Şirinov prezident seçkiləri ilində QHT-lərin üzərinə böyük vəzifə düşdüyünü deyib. Onun sözlərinə görə, dövlətçiliyə, müstəqillik ideyasına sadiq QHT-lər maarifləndirmə işləri aparmalı, gənclər yanlış istiqmətlərə meylənməkdən qorumalıdırlar. Yerli QHT təmsilçisi Kəmalə Abdullayev, Xaçmaz şəhər rəsm qalereyasının müdiri Sənan Rüstəmov, Tarix Diyarşünaslıq Muzeyinin müdiri Aqil Əlisultanbov, Xalça Muzeyinin müdiri Dilarə Rüstəmova Xaçmaz gənclərinin ictimai sektorda fəal olduğunu, demokratik təsisatların, vətəndaş cəmiyyəti institutlarının güclənməsinin faydalı olduğunu bidlriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB