Bu gün hava əsasən yağmursuz keçəcək

Bu gün hava əsasən yağmursuz keçəcək

Bu gün Azərbaycanın bəzi yerlərində havanın dəyişkən buludlu, əsasən yağmursuz olacaq.

SİA-nın məlumatına görə, Bakıda və Abşeron yarımadasında iyun 10-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Temperatur gecə 15-20, gündüz 24-29° isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 756 millimetr civə sütunu, nisbi rütubət gecə 75-85 faiz, gündüz 60-70 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 18-19°, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 19-20°, Türkan, Hövsan, Şıx, Sahildə 20-21° isti olacaq.

Azərbaycanın bölgələrində iyunun 10-da hava əsasən yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.

Temperatur gecə 13-18°, gündüz 24-29° isti olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə