Leyla Əliyeva və Bosniya və Herseqovinanın dövlət rəsmiləri açılış mərasimində iştirak ediblər
İyunun 8-də Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə kor və zəif görən uşaqlar və gənclər üçün mərkəzin yenidənqurmadan sonra açılışı olub. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bosniya və Herseqovinanın dövlət rəsmiləri açılış mərasimində iştirak ediblər. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mərasimdə çıxış edərək deyib ki, təmsil etdiyi qurum bu mərkəzin yenidən qurulmasında iştirak etməkdən məmnundu. On il əvvəl yaradılmış Heydər Əliyev Fondu dünyanın hər yanında mədəniyyət, təhsil, səhiyyə və xeyriyyəçilik sahələrində bir çox proqramlar həyata keçirir. Fondun təşəbbüsü ilə Azərbaycanda 400 məktəb tikilib, həmçinin Gürcüstanda, Rusiyada, Türkiyədə, Rumıniyada, Pakistanda, Hollandiyada və Misirdə müasir təhsil ocaqları inşa edilib. 2005-ci ilin dekabrında Heydər Əliyev Fondu BMT-nin İnkişaf Proqramı ilə sıx əməkdaşlıq edərək gözdən əlil uşaqlara yardım edib. Fond UNİCEF, UNESCO, İSESCO, BMT və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.
Leyla Əliyeva qeyd edib ki, bir müddət əvvəl Heydər Əliyev Fondunun dəstəyi ilə Sarayevoda parkın və gözəl körpünün salınması, Xocalı və Serebrenitsa soyqırımı qurbanlarının xatirəsinə abidənin ucaldılması xalqlarımızın yaxın keçmişinə ehtiramının nümunəsidir. Ermənilərin Xocalıda törətdikləri dəhşətli soyqırımı barədə məlumat verən Leyla Əliyeva tarixi ədalətin öz yerini tapacağına əminliyini ifadə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB