Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi iyunun 14-də Heydər Əliyev Sarayında "İnkişaf naminə birlik" devizi altında Azərbaycan qadınlarının IV qurultayını keçirəcək.
Qurultay qadınların iqtisadi, ictimai, sosial-mədəni, tərəqqi işində geniş şəkildə təmsil olunması, eyni zamanda, hüquq və gender bərabərliyinin təmin edilməsində onların rolunun gücləndirilməsi məqsədilə təşkil olunur.
Qurultayda Azərbaycanın bütün şəhər və rayonlarından seçilmiş 2 minədək nümayəndə iştirak edəcək.
Qurultayqabağı ölkənin bütün şəhər və rayonlarında qadın konfransları keçirilərək nümayəndələr seçilib.
Tədbirdə işçi orqanlarının tərkibinə, katiblik, mandat və redaksiya komissiyasına üzvlər seçiləcək.
Qurultay nümayəndələri adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, BMT-yə, Avropa Şurasına və digər nüfuzlu beynəlxalq təşkilatlara müraciət olunacaq.
Sonda qurultayın qətnaməsi qəbul ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB