Novruz Məmmədov: "ABŞ, Rusiya və Fransa düşünməlidirlər ki, bunların üzərində böyük məsuliyyət var"
"Son illər dünyada gedən proseslərə nəzər salsaq, görərik ki, artıq 4 ildir ki, Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlar prosesində durğunluq əmələ gəlib. Yəni, danışıqlar prosesində irəliyə getmək hələ ki, mümkün olmayıb". Bunu eksklüziv müsahibəsində Azərbaycan Respublikası Prezidentinin Administrasiyası (PA) rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirib.
Onun sözlərinə görə, bunun da əsas səbələri göz önündədir. N.Məmmədov deyib: "ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçılarının da müvafiq bəyanatları olub. Hətta, onlar tələb də ortaya qoyublar. Ancaq böhran və çətinlik içərisində olan kiçik Ermənistan dövləti bu tələblərə məhəl qoymur.
Digər tərəfdən isə hazırda dünyada bir sıra proseslər gedir. Bu proseslərdə bütün böyük və güclü dövlətlər fəal iştirak edirlər. Eyni zamanda 20 ildən çoxdur ki, Dağlıq Qarabağ münaqişəsi davam edir və bununla məşğul olan ATƏT-in Minsk qrupu fəaliyyət göstərir. Ancaq heç bir irəliləyiş yoxdur. Hətta biz sual verməsək belə, ABŞ-ın yeni dövlət kativi vəzifəsinin icrasına başladığı zaman Dağlıq Qarabağ münaqişəsinin həllinin bu qədər yubanmasını düşünməlidir, məsələ ilə maraqlanmalıdır. Necə olur ki, həmin güclü dövlətlər yaxın zamanlarda Dağlıq Qarabağdan da kiçik əhəmiyyət kəsb edən məsələlərlə maraqlana və tələsik qərar qəbul edə bilirlər, ancaq bu münaqişə 20 ildən çoxdur ki, həll olunmamış qalır. ABŞ, Rusiya və Fransa düşünməlidirlər ki, bunların üzərində böyük məsuliyyət var. Onlar müşahidəçi kimi fəaliyyət göstərməmlidirlər, konkret səmərə verən addımlar atmalıdırlar ki, Dağlıq Qarabağ münaqişəsi öz ədalətli həllini tapsın".
Vasif Həsənli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB