Bu gün ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Bakı Caz Mərkəzində "Dəyişən tezliklər" adı altında keçirilən sayca 8-ci "TEDxBakı" konfransını açıq elan edib. Səfirlikdən SİA-ya verilən məlumata görə, ABŞ-ın Bakıdakı Səfirliyi, "Bakcell" Şirkətinin sponsorluğu və "Izmedia" şirkətinin təşkilatçılığı ilə keçirilən bu tədbirdə təqdimatçılar müxtəlif mövzular, o cümlədən təhsil, mədəniyyət, ədəbiyyat, musiqi və elm sahəsində çıxışlar ediblər.
Natiqlərin bəziləri ABŞ tərəfindən maliyyələşdirilən Amerikada təhsil proqramlarının məzunlarıdır. TED, Birləşmiş Ştatlarda keçirilən və dünyanın aparıcı mütəfəkkirlərinin və yaradıcılarının bir araya gələrək onları daha çox maraqlandıran mövzular haqqında fikirlərini bölüşdükləri illik konfransdır. Burada aparılan danışıqları TED.com internet səhifəsindən ödənişsiz əldə etmək mümkündür. TED gələcəyi birlikdə formalaşdıran üç geniş sahəni özündə ehtiva edir - texnologiya, əyləncə, dizayn. Tədbir həmçinin istənilən bir mövzunu əhatə edən ideyaların təqdim olunması baxımından daha genişdir. İştirakçılar bu tədbiri "əsas beyin mənbəyi" və "gələcəyə dörd günlük səyahət" adlandırdıblar. İcraçı direktorlar, alimlər, novatorlar, filantroplardan ibarət olan fərqli auditoriya burada çıxış edən natiqlər - Bil Klinton, Bil Qeyts, Ceyn Qudal, Frenk Qehri, Paul Simon, Ser Riçard Branson, Filip Stark, İzabel Allend və Bono qədər nəzərə çarpan idi.
"TEDx" TED-in "ideyaları yaymağa dəyər" missiyasının ruhunda yaradılıb. Bu proqram, yerli səviyyədə TED təcrübəsinə bənzər formada icmalara, təşkilatlara və fərdlərə dialoqu təşviq etmək imkanını təmin etmək məqsədilə yaradılıb. "TEDx" tədbirlərində "TEDTalks" videolarının nümayişi və ya canlı təqdimatlarla birgə "TEDTalks" video görüntülərinin nümayiş etdirilməsi dərin söhbətlərə və əlaqələrin qurulmasına yol açır. "TEDx" tədbirləri tam olaraq icmadan-icmaya prinsipinə əsasən planlaşdırılır və müstəqil şəkildə koordinasiya edilir. "TEDxBakı" Azərbaycanda TED-formasında və TED-lisenziyası ilə təşkil edilmiş ilk konfransdır.
Əvvəllər "TEDxBakı" səhnəsində Qənirə Paşayeva, DJ Fateh, Fərqanə Qasımova və Tahir Əmiraslanov kimi yerli natiqlərlə yanaşı Türkiyənin tanınmış tədqiqatçıları Mustafa Akyol, Zeyno Baran, Rusiyanın tanınmış bloqeri Dmitri Çernışev (mi3ch) qonaq natiq qismində iştirak ediblər. "TEDxBakı" video görüntülərinin bir milyondan çox izləmə sayı vardır. Əvvəlki "TEDxBakı" tədbirlərini 5 min nəfər canlı izləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB