"Ömrümün yarpaqları"

Bu gün Jurnalist Qadınlar Assosiasiyasının təşkilatçılığı ilə şairə Mətanət Mətinin "Ömrümün yarpaqları" adlı kitabının təqdimat mərasimi keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə Jurnalist Qadınlar Assosiasiyasının sədri Sevil Yusifova, şair İlyas Tapdıq, yazar Oktay Rıza və digər publisist yazarlar, şair və şairələr iştirak edib. İlyas Tapdıq tədbirdə çıxışında bildirib ki, bu kitab Mətanət Mətinin sayca üçüncü nəşridir. Şairin sözlərinə görə, yazıçının şeirlərində oxuculara vətənə sevgi və hörmət, insani dəyərlər aşılanır: "Mətanət Mətin vaxtılə bir çox şair və şairələrin yaza bilmədiyi mövzularda şeir çap etdirir. Bununla da o addım-addım irəliləyərək özünü oxucularına olduğu kimi təqdim edir".

Şair Oktay Rıza və tədbirin digər iştirakçıları müəllif və onun kitabı haqqında fikirlərini bildirib.

Daha sonra iştirakçılara müəllifin kitabı paylanıb.

Qeyd edək ki, Mətanət Mətin Azərbaycan Respublikası Qadınlar Cəmiyyətinin, Xətai rayon Qadınlar Şurasının üzvüdür. Daha öncə "Arzu qanadları" və "Bir qəlbin dünyası" adlı şeir kitabları işıq üzü görüb.

Bütün xəbərlər Facebook səhifəmizdə