"Hərbi qanunvericilik aktlarının unifikasiyası məqsədi ilə yeni layihə hazırlanır"

"Hərbi qanunvericilik aktlarının unifikasiyası məqsədi ilə yeni layihə hazırlanır"

"Azərbaycanın güc strukturları tərəfindən hərbi qanunvericilik aktlarının unifikasiyası məqsədi ilə Hərbi Məcəllə hazırlanır. Qanun layihəsinin qəbulu Azərbaycandakı qanun sistemini tamamlayardı. Seçkilərlə əlaqəli cinayət məsələsi və digər müxtəlif xarakterli sənədləri vahid bir topluda birləşdirmişik. Niyə biz bunu hərbi sahədə də həyata keçirməyək?". Bunu SİA-ya Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc bildirib.

Onun sözlərinə görə, məcəllənin hazırlanması ilə vahid normativ bazanın formalaşdırılması, bu sahədə qanunlardakı natamamlıqları aradan qaldırmağa imkan verəcək, beynəlxalq hüquq sisteminə qoşulmağa şərait yaradacaq: "Baxmayaraq ki ayrı-ayrılıqda fəaliyyət göstərən bir çox qanun layihələri var. Lakin qanunların əksəriyyəti vətəndaş maraqlarının müdafiəsində yaramırlar. Hərbi Məcəllənin qəbulu ümumiyyətlə Azərbaycandakı qanunvericilik sistemini tamamlaya bilərdi. Biz bir sıra sahədə müxtəlif sənədləri vahid topluda birləşdirmişik. (Seçki Məcəlləsi, Cinayət Məcəlləsi və sair) Niyə bunu hərbi sahədə də etməyək? Misal üçün, "Hərbi xidmət və hərbi vəzifə haqqında" qanun qəbul edilib. Halbuki, hərbi xidmət də, hərbi vəzifə də, hərbi qulluqçularla bağlı məsələlər də vahid bir məcəllədə birləşə bilərlər".

Millət vəkili qeyd edib ki, bu sahədə qanunların çoxluğu vətəndaşların onlarla işləməsində çətinliklər yaradır: "Vahid sənəd dünya modelidir. Hərbi Məcəllə qəbul olunmaqla Azərbaycanda bir sıra keçmiş sovet dövründən qalan qanunvericilik aktları və təlimat sənədlərinin yenilənməsi baş tutacaq".

Eyni zamanda, deputat güc strukturları tərəfindən məcəllənin hazırlanması prosesinin ləng aparıldığını deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə