Paytaxta yağış yağacaq

"Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən gecə və səhər qısamüddətli yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək". Bunu SİA-ya açıqlamasında Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun şöbə rəisi Gürşad Məmmədova deyib.

Onun sözlərinə görə , paytaxtda havanın temperaturunun gecə 15-20, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir: "Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 18-19, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 19-20, Türkan, Hövsan, Şıx, Sahildə 20-21 dərəcə isti təşkil edəcək".

Şöbə rəisi sabah bölgələrdə əsasən gecə və axşam şimşək çaxacağını, yağış yağacağını bildirib: "Gecə və səhər arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 15-20, gündüz 24-29, dağlarda gecə 7-12, gündüz 16-21 dərəcə isti olacaq".

Qeyd edək ki, yaxın 2 gün müddətində respublikanın rayonlarında əsasən dağlıq və dağətəyi rayonlarda gözlənilən yağışlı və küləkli hava şəraiti payızlıq dənli bitkilərdə gövdələrin yerəyatma sahəsini artıracaq və məhsul yığımını bir qədər çətinləşdirəcək. Nisbətən yüksək temperatur rejimi kənd təsərrüfatı bitkilərinin boy artmasının və inkişafının sürətləndirilməsini davam etdirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə