Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov Quba şəhərində vətəndaşlarla açıq qəbul keçirib. SİA-nın Şimal bürosunun verdiyi məlumata görə, qəbul zamanı 5 rayondan olan 100-dən artıq vətəndaşın şikayət və müraciətləri dinlənilib. Şikayətlərin böyük qismi məhkəmə qərarlarının düzgün olmaması, yerli polis şöbələrinin və bələdiyyə orqanlarının qanunsuz fəaliyyətindən ibarət olub.
Dinlənilən şikayətlərin bir hissəsi yerində həll edilib, digər hissəsi isə tədbir görülməsi üçün nəzarətə götürülüb.
Emin Kərimov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB