Elman Abdullayev: “Serj Sərkisyanın Azərbaycanla bağlı bəyanatı populist xarakter daşıyır” AÇIQLAMA
"Ermənistan prezidenti Serj Sərkisyanın Azərbaycanla bağlı bəyanatı populist xarakter daşıyır və ultramillətçilərin sifarişi ilə verilmiş bəyanatdır". Bu açıqlamanı jurnalistlərə Azərbaycan XİN mətbuat katibi Elman Abdullayev bu gün "Aİ-Azərbaycan: Təhlükəsizlik və İnteqrasiya" mövzusunda beynəlxalq konfransının gedişində verib.
"Maraqlıdır, Sərkisyan hansı ekspertlərin fikirlərinə əsaslanır? Ölkəni bu vəziyyətə gətirib çıxaran ekspertlərin? Regionda lider dövlət olan Azərbaycan haqqında bu cür populist çıxışlar edən Ermənistan prezidenti unudur ki, bu gün onun xalqı fəlakət vəziyyətindədir. Rəsmi İrəvanın dar düşüncəsi ona gətirib çıxarıb ki, Ermənistan regionda gedən inkişaf proseslərindən kənarda qalıb. Yəqin ki, Ermənistan prezidentini qıcıqlandıran da bu məqamdır. O, erməni xalqı qarşısında günahlarına necə haqq qazandıracağını bilmir".
E.Abdullayev bildirib ki, ölkə iqtisadiyyatının modernizasiyası barədə boş sözlər bir şeydir, iqtisadiyyatı öz xalqının rifahı naminə inkişaf etdirmək isə başqa şeydir: "Azərbaycanla Ermənistanın inkişafı arasında uçurum ağlasızmaz ölçülər alıb".
Qeyd edək ki, erməni mətbuatının yazdıqlarına əsasən, prezident Sərkisyan Ermənistan Milli Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı Azərbaycanı fiasko gözlədiyini bəyan edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB