Aparat rəhbərlərinin toplantısı keçiriləcək

Aparat rəhbərlərinin toplantısı keçiriləcək

İyunun 10-da TÜRKPA-nın IV Plenar Sessiyası çərçivəsində quruma üzv ölkələrin Parlament rəhbərlərinin toplantısı keçiriləcək.

TÜRKPA-dan SİA-ya verilən məlumata görə, toplantıda Türkiyənin Böyük Millət Məclisinin Baş Katibi İrfan Neziroğlu, Azərbaycan Respublikası Milli Məclisinin Aparat Rəhbəri Səfa Mirzəyev, Qazaxstan Respublikasının Parlament Məclisinin Aparat rəhbəri Usen Jetenov, Qırğızıstan Respublikası Joqorku Keneşinin Aparat Rəhbəri Radbek Yeşmambetov və TÜRKPA-nın Baş Katibi Ramil Həsənov iştirak edəcəklər. Aparat rəhbərlərinin görüşündə Baş Katib Ramil Həsənov TÜRKPA-nın fəaliyyəti ilə bağlı ətraflı çıxış edəcəklər.

Toplantıda üzv ölkələrin parlamentlərinə dair qısa prezentasiyalar təqdim olunacaq və üzv parlamentlər arasında əməkdaşlıq imkanları müzakirə olunacaq. Eyni zamanda TÜRKPA üzv ölkələrinin parlamentlərinin fəaliyyətləri ilə bağlı məsələlərə dair seminar və konqreslərin təşkil olunması, TÜRKPA üzv Parlamentlərinin inzibati təşkilatları arasında informasiya və təcrübə mübadiləsi mexanizmlərinin yaradılması, Tərəflərin Parlamentlərinin inzibati bölmələri arasında əməkdaşlıq əlaqələrinin yaradılması haqqında müzakirələrin aparılması gözlənilir.

Həmçinin toplantıda Assambleya Şurasının gündəliyinə çıxarılacaq bəzi məsələlər barədə də fikir mübadiləsi aparılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə