"Xəyal Prodakşın" və Azərbaycan Gənc Şairlər Birliyi tərəfindən, nakam şairimiz Mikayıl Müşfiqin xatirəsinə həsr olunan və artıq üçüncü ildir ki, düzənlənən "5 iyun – Şairlər Günü" münasibəti ilə Bakıda olan bir qrup xarici ölkə şairi, mədəniyyət və incəsənət xadimi (Türk xalq musiqisi ifaçısı Ender Balkır, TRT solisti Mehmet Özkaya, sənətçi Gulay Sezer, şair-tərcüməçi akd.Mixail Sinelnikov (Rusiya), Gürcüstan Milli Parlament Kitabxanasının direktoru, şair Giorgi Kekelidze (Gürcüstan) bu gün "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İB-nin sədri, millət vəkili, dr.Qənirə Paşayeva ilə görüşüb.
Görüşün və sözükeçən tədbirin təşkilatçısı şair Xəyal Rza millət vəkilinə tədbir barədə ətraflı bilgi vermiş, gələcək planlardan danışmışdır. O, Qənirə Paşayevanın "Mikayıl Müşfiq" xatirə diplomuna layiq görüldüyünü açıqlayaraq, həmin diplomu və Mikayıl Müşfiqin kiçik büs-tünü ona təqdim edib.
Qonaqlar da Azərbaycana səfər təəssüratlarını bölüşdükdən sonra, Q.Paşayeva görüşdən və təltifdən məmnun olduğunu bildirərək, ədəbiyyat adına, Mikayıl Müşfiq adına görülən işlərin onunçün böyük məna kəsb etdiyini vurğulayıb.
"5 iyun – Şairlər Günü"nün gələcəkdə beynəlxalq səviyyədə, daha böyük iştirakçı sayı və daha çox ölkənin təmsilçiliyi ilə keçirilməsini arzu etdiyini bildirən Qənirə Paşayeva, Mikayıl Müşfiqin həm taleyi, mübarizəsi, həm də yaradıcılığı baxımından belə bir günə mənəvi sahiblik etmə haqqının olduğunu deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB