“Sosial-İqtisadi və Ekoloji İnkişaf” İctimai Birliyi təlimlər keçirib
"Sosial-İqtisadi və Ekoloji İnkişaf" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Qaçqın və məcburi köçkünlərin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına dəstək" layihəsini həyata keçirib.
Layihənin əsas məqsədi Bakı ətrafı qəsəbələrdə yaşayan 100-ə yaxın qaçqın və məcbur köçkün ailəsinin maddi rifahını yüksəlməsinə dəstək olacaq maarifləndirmə işinin aparılmasıdır.
Layihə çərçivəsində Abşeron rayonu 7-ci massiv yaşayış sahəsi, Binəqədi qəsəbəsi və Mərdəkan qəsəbəsində yerləşən qaçqın və məcburi köçkün qəsəbələrində yaşayan gənclər və qadınların sahibkarlıq bilik və bacarığının artırılması, qaçqın və məcburi köçkün ailələrinə öz biznesini qurmaları üçün konsultasiyaların edilmiş, öz biznesini qurmuş qaçqın və məcburi köçkün ailələrinin bizneslərinin davamlılığını təmin etmək üçün onların marketinq bilik və bacarıqlarının artırılması üçün təlimlər keçirilib.
İctimai Birliyin sədri Rahilə Mehtiyeva təlimlər zamanı layihə haqqında ətraflı məlumat verərək iştirakçılara "Sosial-İqtisadi və Ekoloji İnkişaf" İctimai Birliyi tərəfindən çap edilən "Kiçik biznesi necə qurmalı?" təlim modulunu paylayıb, həmçinin qaçqın və məcburi köçkün ekspert yardımı ala bilmələri üçün istənilən vaxt onla müraciət edə biləcəyini söyləyib.
Təlimlərdə qonaq qismində Azərbaycan Sahibkarlar Konfederasiyasından tanınmış mütəxəssis Fərhad Osmanov da iştirak edərək, iştirakçılara sahibkarlıq, biznes kreditləri, marketinq planları haqqında geniş məlumat verib. Onun çıxışı yeni sahibkarlıqla məşğul olmaq istəyənlər arasında böyük maraq yaradıb.
Eyni zamanda təlimçi tərəfindən iştirakçılara sahibkarlığın formaları, hüquqi əsasları, sahibkarlıq subyektlərinin yaradılması üçün prosedurlar barədə ətraflı məlumat verərək istirakçıların suallarını cavablandırıb.
Tədbirlərdə ümumilikdə 100-dən çox qaçqın və məcburi köçkün, həmçinin yerli icra hakimiyyəti nümayəndələri iştirak edib. Cəbrayıl rayonu Icra Hakimiyyəti başçısının Binəqədi rayonu üzrə səlahiyyətli nümayəndəsi Rafiq Əsədov çıxış edərək qaçqın və məcburi köçkün ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına təşəkkürünü bildirib və belə layihələrin davamlı olaraq keçirilməsini arzulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB