Milli Paralimpiya Komitəsi İctimai Televiziya və Radio Yayımları Şirkətində mükafatlar təqdim edib. İTV-dən SİA-ya verilən məlumata görə, mükafatlar Ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr edilən "Əlil arabasında idman rəqsi" üzrə beynəlxalq festivalın təşkilinə və işıqlandırılmasına görə verilib. Milli Paralimpiya Komitəsinin vitse-prezidenti Şaiq Həmidov diplomları İctimai Teleradionun rəhbərliyinə və əməkdaşları Vaqif Fərəcov, Kamran İsrafilov, Minarə Əsgərovaya təqdim edib.
Şaiq Həmidov tədbirin işıqlandırılması və təşkilinə görə İctimai Teleradionun rəhbərliyinə Milli Paralimpiya Komitəsi adından minnətdarlığını bildirib və gələcək fəaliyyətdə uğurlar arzulayıb. O qeyd edib ki, bundan sonra da Milli Paralimpiya Komitəsi ilə İctimai Televiziya və Radio Yayımları Şirkəti arasında əməkdaşlıq davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB