200 mindən artıq işçi əmək müqaviləsi bağlayıb

200 mindən artıq işçi əmək müqaviləsi bağlayıb

"Azərbaycanda qısa müddət ərzində 200 mindən artıq işçi ilə əmək müqavilələrinin bağlanmasına nail olunub". SİA-nın xəbərinə görə, jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov belə deyib.

Onun sözlərinə görə, işçilərlə əmək müqavilələrinin bağlanması müvafiq dövlət dövlət qurumları, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilib.

Fizuli Ələkbərov daş karxanalarında aparılacaq monitorinqlərə də münasibət bildirib: "Daş karxanalarında monitorinqlər mütəmadi olaraq davam etdirilir. Yay mövsümü başladığından, orada işlərin həcmi kifayət qədər artıb. Ona görə də biz yaxın zamanlarda daş karxanalarında növbəti reydlər həyata keçirəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə