“Düzgün ixtisas, uğurlu karyera” layihəsinə strat verilir

“Düzgün ixtisas, uğurlu karyera” layihəsinə strat verilir

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) AR Prezidenti yanında Qeyri - Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Düzgün ixtisas, uğurlu karyera" layihəsinə start verir.

SİA-ya verilən məlumata görə, ATGTİ – nin beynəlxalq əlaqələr departamentinin direktoru Toğrul Məmmədlinin rəhbəri olduğu layihə Azərbaycanın Şəki, Zaqatala və Gəncə şəhərlərində cari ilin iyun – iyul tarixlərində həyata keçiriləcək.

Layihə çərçivəsində müxtəlif mütəxəssislər və tələbələr, tələbə olmaq arzusunda olan gənclərə, gələcəkdə uğurlu karyera qurmaq üçün düzgün ixtisas seçiminin vacibliyini izah edərək onlara yardımçı olacaqlar.

Qeyd edək ki, bu məqsədlə gənclərə özündə bu və ya digər iş-peşə sahəsində vacib olan ixtisaslar və köməkçi ixtisaslar əks olunan məlumat kitabçaları paylanılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə