Akademik Cəlal Əliyevin 85 illiyinə həsr olunmuş "Cəlal Əliyev: Fotosintez tədqiqatları sabit inkişaf üçün -2013" beynəlxalq konfransı Azərbaycan elminin təbliğində və onun dünya elmi sahəsinə inteqrasiyasında mühüm rol oynayır. Azərbaycan dünyanın enerji paytaxtına çevrilir, burada ənənəvi enerji növləri – neft və qaz, həmçinin alternativ və bərpa olunan enerji mənbələri var. Ölkədə bu sahənin inkişafı üçün hər cür şərait var.
Bu barədə Pensilvaniyada Molekulyar biofizika üzrə Conson Fondunun direktoru, Filadelfiya Universitetinin professoru Lesli Dutton bildirib.
Lesli Dutton qeyd edib ki, Cəlal Əliyev öz sahəsində aparıcı tədqiqatçıdır. Cəlal Əliyevin tədqiqatları bütün dünya üçün əhəmiyyətli tədqiqatlardır.
Lesli Dutton deyib ki, bu gün bu tədbirdə iştirak etməsindən çox məmnundur. Konfransın yaxşı təşkili isə göstərir ki, Azərbaycan hökuməti elmin inkişafı və elmi tədqiqatlar üçün hər cür şərait yaradır.
Lesli Dutton qeyd edib ki, Bakının mühüm dünya məsələlərini müzakirə etmək üçün müxtəlif alimlərin, ekspertlərin toplaşdığı dünya mərkəzinə çevrilməsinin şahidi olmaqdan çox razıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB