Vladimir Doroxin: Dostluq və əməkdaşlıq münasibətləri yüksək səviyyədədir
"Rusiya Prezidenti Vladimir Putinin adından Milli Azərbaycan Tarixi Muzeyinə hədiyyə olunan xatirə medalları kolleksiyasını təqdim etməyimizdən çox məmnunuq. Bunun özü bizim qarşılıqlı dostluq və əməkdaşlıq münasibətlərimizin yüksək səviyyədə olduğunu bir daha təsdiqləyir". Bunu Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində jurnalistlərə müsahibəsində deyib.
Diplomat bildirib ki, Rusiyanın 1812-ci il Vətən müharibəsindən qalibiyyətlə çıxması xalqın milli qürur mənbələrindən biridir. 2012-ci ildə Rusiya Federasiyasında bu mühüm tarixi hadisənin 200 illiyi geniş şəkildə qeyd edilib, bir çox tədbirlər keçirilib, ədəbiyyat nəşr edilib, həmçinin xatirə medalları kolleksiyası hazırlanıb.
Səfir diqqətə çatdırıb ki, Rusiyada belə medallar 1814-cü ildən başlanaraq hazırlanıb.
Bu gün həmin buraxılış bərpa edilib.
Vurğulanıb ki, Rusiya Prezidenti Vladimir Putinin tapşırığı əsasında belə kolleksiya Azərbaycan Prezidentinə təqdim edilib.
Rusiya Federasiyasının səfiri Vladimir Doroxin hər iki ölkənin bir-birinə hörmətlə, tərəfdaş, dost kimi yanaşdığını, münasibətlərin bundan sonra da yüksək səviyyədə olacağını deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB