Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

İyunun 5-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.

Əvvəlcə Komissiyanın mayın 29-da keçirilmiş iclasının protokolu təsdiq edilib. Sonra MSK-nın normativ xarakterli bəzi aktları təsdiq olunub.

İclasda 13 saylı Xəzər–Pirallahı, 14 saylı Xəzər və 102 saylı Samux–Şəmkir seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib, cari məsələlərə baxılıb.

Komissiyanın iclasında beynəlxalq qurumların təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə