Tərtərdə magistral avtomobil yolunun "Dörd yol" adlanan ərazidən keçən hissəsi bağlanıb. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, hərəkət tamamilə məhdudlaşdırıldığından ərazidə maşın sıxlığı yaranıb. Sakinlərin yolu bağlamasına səbəb, mayın 30-da Şəmkir hərbi birləşməsində müddətdən artıq xidmət edən (MAXE) əsgər Samir Vaqif oğlu Mehdiyevin ölüm faktının istintaqından narazı olmaları olub.
Etirazçılar bildiriblər ki, əsgərin ölümündə şübhəli bilinən, əleyhinə 17 nəfərin ifadə verdiyi şəxsin həbs olunması və ya ifadəsinin alınmaması istintaqın nəticəsinin ədalətli olacağına şübhə yaradır: "Biz əsas şübhəli şəxsin - tabor komandiri Z.Abdullayevin istintaqa cəlb olunmasını tələb edirik".
Daha sonra əraziyə Tərtər rayon icra başçısı Ceyhun Cəfərov gəlib. Rayon rəhbəri bildirib ki, yaranmış vəziyyətlə bağlı aidiyyatı qurumlara məlumat veriləcək.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB