IDEA (International Dialogue for Environmental Action) kampaniyası "Ümumdünya ətraf mühit günü" ilə əlaqədar "Azərbaycan eko sistemləri və landşaft müxtəlifliyi" mövzusunda interaktiv seminar təşkil edib. SİA-ya verilən məlumata görə, ətraf mühitə və onun qorunmasına xüsusi marağı olan tələbələrin və bu sahədə tədris edən müəllimlərinin iştirak etdiyi seminar Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən IDEA Resurs Mərkəzində baş tutub.
Tədbirdə ekspert qismində AMEA -nın Zoologiya İnstitutunun İnformasiya və innovasiya şöbəsinin müdiri professor Elman Yusifov iştirak edib.
Tədbir zamanı Azərbaycan landşaftı, fauna və florası, landşaft müxtəlifliyinin yaranma səbəbləri, həmçinin düzən və dağ landşaftlarının bitki və canlı müxtəlifliyi haqqında geniş məlumat verən ekspert qeyd edib ki, Azərbaycan füsunkar təbiətə, zəngin bitki və heyvanat aləminə, çox faydalı təbii sərvətlərə malikdir. Bunların qorunmasında, gələcək nəsillərə ötürülməsində gənclər böyük rola malik olmalıdırlar.
Seminar ekspert tərəfindən söylənilən dəyərli fikirləri və iştirakçıların maraqlı müzakirələrini əhatə etməklə interaktiv şəkildə təşkil olunub. 20-dən çox gəncin iştirak etdiyi, interaktiv şəkildə keçirilmiş seminar landşaft müxtəlifliyi, ətraf mühitin qorunmasının vacibliyi və s. ilə bağlı aparılan maraqlı müzakirələrlə yadda qalıb.
Qeyd edək ki, IDEA kampaniyası 12 iyul 2011-ci il tarixində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən təsis edilib. Kampaniya ətraf mühitin qorunması üzrə regional və beynəlxalq əməkdaşlıq şəbəkəsi quraraq biomüxtəlifliyin qorunması ilə bağlı insanları maarifləndirmək istiqamətində müxtəlif ekoloji layihələr həyata keçirilməkdədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB