Ağcabədi rayonu ərazisində laçınlı məcburi köçkünlər üçün salınmış Taxtakörpü qəsəbəsindəki rayon Mədəniyyət evində şair Nazim Əhmədlinin 60 illiyinə həsr edilmiş yubiley tədbiri keçirilib. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, tədbirdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov, Azərbaycan Yazıçılar Birliyinin Qarabağ bölməsinin sədri, professor Ənvər Əhməd və başqaları iştirak edib. Tədbir iştirakçıları Nazim Əhmədlini 60 illik yubileyi münasibətilə təbrik ediblər, şairin həyat və yaradıcılığı barədə danışıblar.
Ədəbiyyata 1980-ci illərdə gəlmiş şair Nazim Əhmədli "Bir ömür sevgi", "Ruhum da sənin olacaq", "Sevgi Allahı" şeirləri, "Əfv eylə məni" qəzəlləri, "Mənim generalım" povesti, "Qız təbəssümü" hekayələri, "Mollaəhmədli və Mollaəhmədlilər" adlı bədii publisistik kitabların müəllifidir. O, rus, isveç, yapon ədəbiyyatlarından tərcümələr edib, şeirləri bir neçə dilə tərcümə olunub.
Qeyd edək ki, tədbirdə Nazim Əhmədliyə Rayon İcra Hakimiyyətinin fəxri fərmanı və qiymətli hədiyyə təqdim edilib.
Yubiley mərasimində çıxış edən şair Nazim Əhmədli tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirib.
Məktəblilər şairin şeirlərini söyləmiş, rayon Mədəniyyət evinin bədii özfəaliyyət kollektivi konsert proqramı ilə çıxış edib.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB