Xocalı rayon Polis Şöbəsinin əməkdaşları xidməti ərazilərində keçirdikləri əməliyyat nəticəsində 6 ədəd müxtəlif adda odlu silah və 4500 -dən artıq patron tapılıb. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, silahlar və hərbi sursatlar anonim zəng əsasında Goranboy rayonunun Yenikənd kəndi ərazisində dağlıq sahədə tapılıb.
Tapılan silahların birinin Qarabağ müharibəsindən qaldığı ehtimal olunur və ekspertizadan keçirildikdən sonra aidiyyatı qurumlara təhvil veriləcək.
Qeyd edək ki, hazırda polis şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB