Azay Quliyev Harvard Universitetinin tələbələrilə görüşüb FOTO

Azay Quliyev Harvard Universitetinin tələbələrilə görüşüb FOTO

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev ölkəmizdə səfərdə olan Harvard Universitetinin bir qrup tələbəsilə görüşüb. SİA-ya verilən məlumata görə, A.Quliyev Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı və Şuranın bu istiqamətdə gördüyü işlər barədə təqdimatla çıxış edib. Şura sədri QHT-lərin dövlət tərəfindən dəstəklənməsi, QHT layihələrinin dövlət büdcəsindən maliyyələşdirilməsi, qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və Azərbaycanda tətbiq edilməsilə bağlı qonaqları məlumatlandırıb. Şuranın bu ildən etibarən demokratik dəyərlər və Azərbaycanla əlaqəli bir sıra mövzular üzrə xarici QHT-ləri maliyyələşdirməyə başlaması, eləcə də Şurada bütün layihə təklifləri və hesabatların yalnız elektron formada qəbul edilməsi haqda yeniliklər də qonaqların diqqətinə çatdırılıb.

Şuraya təqdim edilən layihələrin qiymətləndirmə prossedurları, maliyyələşdirilən layihələrin monitorinqi, Şuranın beynəlxalq fəaliyyəti və başqa məsələlər Harvard Universiteti tələbələrini maraqlandıran suallar Azay Quliyevə ünvanlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə