“Ekoloji problemlərin həll olunmasında vətəndaş cəmiyyəti və medianın rolu”
Bu gün "Güclü media və vətəndaş cəmiyyətinin səyləri ilə Azərbaycanda ətraf mühit məsələsinin gündəmə gətirilməsi" layihəsinin yekunu ilə bağlı dəyirmi masa keçirilib. SİA-nın məlumatına görə, tədbirdə ölkənin başlıca ekoloji problemlərindən, bu problemlərin işıqlandırılması zamanı qarşıya çıxan çətinliklərdən söhbət açılıb.
"Ekoloji problemlərin həll olunmasında vətəndaş cəmiyyətinin və medianın rolu" mövzusundakı dəyirmi masada çıxış edən "İnternyus- Azərbaycan" İctimai Birliyinin sədri İlham Səfərov layihə haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.
Onun sözlərinə görə, layihə çərçivəsində Bakıda və Gəncədə seminarlar keçirilib.
Daha sonra çıxış edən media eksperti Nailə Yaqublu layihə tələblərinin yerinə yetirilməsini çətinləşdirən amilləri sadalayaraq bildirib ki, jurnalistin informasiya əldə etmək hüququnun təmin edilməməsi əsas problem olaraq qalır. Bununla yanaşı, Azərbaycanda ekologiya üzrə yüksək səviyyəli ekspertlərin sayca az olması, ekologiya sahəsində ixtisaslaşmış qeyri- hökumət təşkilatlarının böyük qisminin qeyri- professional səviyyədə fəaliyyət göstərməsi də mövcud olan problemlərdən biridir".
Qeyd edək ki, adıçəkilən layihə "İnternyus- Azərbaycan" təşkilatı və Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB