12 iyun 2013-cü il tarixdə Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov, DSMF-nin Gəncə şəhəri Kəpəz rayon şöbəsinin inzibati binasında Gəncə, Yevlax, Naftalan şəhərlərində, Samux, Göygöl, Goranboy, Kəlbəcər və Daşkəsən rayonlarında yaşayan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək.
DSMF –dən SİA-ya verilən məlumata görə, qəbulda iştirak etmək üçün iyunun 12-də Yevlax və Naftalan şəhər, Daşkəsən və Goranboy rayon sakinlərinin səhər saat 08.00-da, Göygöl və Kəlbəcər rayonlarının sakinlərinin isə saat 09.00-da Fondun həmin şəhər və rayon şöbələrinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla Gəncə şəhərinə aparılmaları təmin olunacaq.
Qəbula yazılmaq və əlavə məlumat almaq üçün [email protected] elektron poçt ünvanı, habelə Fondun Aparatında (012)-434-12-34 nömrəli, Fondun Gəncə şəhəri Kəpəz rayon şöbəsində isə 022-255-15-52 nömrəli telefonla əlaqə saxlamaq olar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB