“Rusiya-Azərbaycan regionlararası dialoq-2013”

IV `forumda ATGTİ də təmsil olunur
“Rusiya-Azərbaycan regionlararası dialoq-2013”

Azərbaycan Dövlət Neft Akademiyasının Tələbə Gənclər Təşkilatının (ADNA TGT) sədri Həbibə Sadıqlı 5-6 iyun tarixlərində Rusiyanın Volqoqrad şəhərində keçiriləcək "Rusiya – Azərbaycan regionlararası dialoq – 2013" IV forumunda Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqını (ATGTİ) təmsil edəcək. SİA-ya verilən məlumata görə, forumda iştirak edən azərbaycanlı gənclər nümayəndə heyətinə gənclər və idman nazirinin müavini İntiqam Babayev rəhbərlik edir.

Forumda hər iki ölkənin dövlət rəsmiləri, QHT nümayəndələri və başqaları iştirak edəcəklər. Forum çərçivəsində keçiriləcək dəyirmi masalarda Rusiya və Azərbaycanın gənclər sektorunun indiki vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunacaq. Hər iki ölkənin dövlət gənclər siyasəti analiz ediləcək.

Rusiya və Azərbaycan gənclərinin yaxınlaşması, yeni nəsillər arası dialoqun daha da inkişaf etdirilməsi forumun əsas məqsədlərinə daxildir.

Qeyd edək ki, forumun açılışında Rusiya və Azərbaycanın dövlət başçılarının forum iştirakçılarına müraciətləri oxunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə