"Azərbaycan müxalifətinin xalqın dəstəyinə deyil, xarici dəstəklərə söykəndiyini bu gün hər kəs bilir. Belə ki, radikal müxalifət Azərbaycana xarici müdaxilələrin olmasını istəyir". SİA-ya sabiq millət vəkili Əhəd Abıyevin bildirdiyinə görə, sözügedən qüvvələr belə hesab edirlər ki, hansısa günündə onların xidmət göstərdikləri xarici qüvvələr Azərbaycana daxil olacaq və onları göstərdikləri "xidmətlərinə" görə hakimiyyətə gətirməklə mükafatlandıracaqlar: "Lakin bütün məqamlarda, milli dövlətçilik maraqlarına xəyanət edən qüvvələr qarşılarında Azərbaycan xalqını, Azərbaycan dövlətini görəcəklər".
"Onlar da kimlərinsə qarşısında hesabat verirlər"
Ə.Abıyevin bu kimi fikirlərini şərh edərkən, belə qənaətə gəlmək mümkündür ki, beynəlxalq aləmdə demokratik və sivil bir ölkə kimi Azərbaycanda da bəzi müxalif qüvvələr, o cümlədən siyasiləşmiş qeyri-hökumət təşkilatları, siyasi partiyalar fəaliyyət göstərir. Lakin onların müxalifətçilikləri tamamilə başqa aspektdən "inkişaf" edir ki, bu amil də ümumiyyətlə, heç bir demokratik dəyərlərə cavab vermir. Daha dəqiq desək, radikal müxalifət "liderləri" bu və ya digər şəkillərdə şəxsi, fərdi maraqları baxımından fəaliyyət göstərirlər.
Bəzi qüvvələrin, siyasi partiyaların və oyunbazların dövlətçiliyin əleyhinə müxalifət qəzetləri ilə yanaşı qonşu dövlətlərin qəzetlərində də məqalələr dərc etdirirdiklərini bildirən sabiq millət vəkili belə məqalələrin heç bir əsasının olmadığını bildirib: "Hər şey qərəzli və böhtandır. Onlar da kimlərinsə qarşısında hesabat verirlər".
Təbii ki, onların hesabat verdikləri tərəflər inkişaf edən Azərbaycanda siyasi-iqtisadi maraqları olan xarici qüvvələrdir. Onların məqsədləri bu gün ölkə daxilində təxribatla məşğul olmaqdan ibarətdir.
Eyni zamanda, burada daha çox nəzərə çarpan ənənəvi müxalifət partiyalarının rəhbərləridir ki, onlar daim öz çıxışlarında kimlərəsə işlədiklərini açıq-aşkar biruzə edirlər: "Onlar kiminsə qarşısında hesabat verirlər. Əli Kərimovun çıxışı məndə təəssüf hissi doğurur. Çünki onu mənim kimi daha yaxından tanıyan ikinci biri yoxdur. Bu insan avantürist, dələduzdur. Baxmayaraq ki, o insan siyasi cəhətdən savadlıdır, ancaq həmin kəsdə azərbaycançılıq - namus, qeyrət, əqidə deyilən bir anlayış yoxdur. Bunu tutarlı faktlarla sübut edən əsaslı sənədlərdə var".
Mənimsənilən 13 milyon manatda Əli Kərimlinin də əli var
Bu gün müxtəlif çirkin yollarla, hakimiyyət hərisliyi ilə alışıb-yanan AXCP sədri haqqında bir çox məlumatlar mövcuddur ki, həmin məlumatlardan da görünür ki, bu şəxs siyasətçi donuna girməklə, azərbaycanlıya yaraşmayan həyat tərzi sürür. Məsələn, bir zamanlar onun həyat yoldaşı Samara Seyidova Qulamhüseyn Əlibəyliyə şikayət edirdi ki, Ə.Kərimlinin öz ailəsindən, uşaqlarından xəbəri yoxdur. Hətta S.Seyidovanın qardaşı Elnur Texnika Bankın Yasamal rayonundakı filialında rəhbər strukturda olarkən bankın 13 milyon manatını mənimsəyib. Nəticədə bu cinayətinə görə hüquq mühafizə orqanları tərəfindən həbs olunub. Qeyd edək ki, həmin məbləğin mənimənilməsində Ə.Kərimlinin də payı var.
Məhz bu kimi faktları və dəlilləri əsas gətirərək, müxalifətin Əli Kərimli adlı liderinin oğru olduğunu bildirən Ə.Abıyev eyni zamanda qeyd edib ki,
həmin məbləğin yarısına Samara Seyidova üçün Londonda gözəllik salonu və ətriyyat dükanı açılıb: "Bu gün Ə.Kərimlinin ailəsi orada yüksək səviyyədə həyat tərzi sürür. Burada isə onun cinayətinin bədəlini yaxın qohumları, gənclər ödəyirlər. Onun vədinə inanır və nəticədə həbs olunurlar".
Turqut Ər diplomat kimi toxunulmazlıq statusundan istifadə edərək, əxlaqsız işlərlə məşğul olan adamlardan olub
Bu gün müxalifətə təsir dairəsi olanlardan biri də Turqut Ər adlı Türkiyə vətəndaşıdır. Belə ki, Azərbaycanda olarkən, min-cür oyundan çıxan bu adam özünə dost kimi məhz AXCP sədri Əli Kərimlini seçmişdi. Sabiq millət vəkili onunla bağlı ilginc xatırlatma edərək bildirib ki, bəzilərini bədbəxt edib özünü xoşbəxt hesab edən Turqut və Əli kimilərinin keçmişi hər kəsə məlumdur: "T.Ər diplomat kimi toxunulmazlıq statusundan istifadə edərək, əxlaqsız işlərlə məşğul olan adamlardan biri olub. O, 26-lar bağının yanında avtobuslara qadınları mindirib turizm şirkətlərində işə düzəltmək adı ilə Türkiyəyə aparırdı… Bütün bunlardan sonra o, biabırçı şəkildə Azərbaycandan kənarlaşdırıldı. Baxmayaraq ki, o siyasi oyunbazlıq ilə məşğul idi. Mənim türk qardaşlarımıza böyük hörmətim var. Türkiyədən Turqut Ər, Azərbaycandan isə Əli Kərimli kimi şərəfsiz insanlar var".
Qarşıdan gələn seçkilərdə belə əqidəsiz insanların bəyanat verməsi və ya haradasa çıxış edərək kiminsə haqqında qərəzli fikir söyləməsi onların kirli keçmişlərini gizlətmir. Belə ki, tarix heç nəyi unutmur.
Ə.Abıyevin fikrincə sağlam düşüncəli cəmiyyət azərbycançılıq ideyasına sadiq qalaraq dövlətin yürütdüyü siyasəti daim dəstəkləyəcək: "Çünki bizim bugünkü ölkə rəhbərliyinə və dövlətçiliyimizə böyük inamımız var. Bütün bunlara qərəzli mövqeyi olanlar da layiqli cavablarını alacaqlar".
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB