II Beynəlxalq Folklor Festivalı keçiriləcək

II Beynəlxalq Folklor Festivalı keçiriləcək

Masallıda II Beynəlxalq Folklor Festivalı keçiriləcək. İyunun 12-dən 15-nə qədər Masallıda Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş II Beynəlxalq Folklor Festivalı keçiriləcək. SİA-ya bu barədə Masallı rayon İcra Hakimiyyətindən məlumat verilib.

Festivalda Azərbaycan, Dağıstan, Gürcüstan, İran, Qazaxıstan, Latviya, Rusiya və Türkiyəni təmsil edən 14 folklor qrupu öz bacarıqlarını nümayiş etdirəcəklər. Ümumilikdə festivala 300 qonaq təşrif buyuracaq.

Qeyd edək ki, artıq təşkilati məsələlərlə bağlı hazırlıq işləri yekunlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə