Gəncə və ətraf rayonlarda aqrar sahənin inkişafı ilə bağlı verilən kreditlərin qaytarılmasında qeydə alınan problemlər dərinləşir. Ötən illərlə müqayisədə bu il vəziyyət daha da acınacaqlı hal alıb. Rəsmi statistikaya əsasən alınan kreditlərin 14%-dən çoxu ödənilməyib. Bu da artıq həyəcan təbilinin çalınması deməkdir. Alınan kreditlərin qaytarılması istiqamətində ayda iki dəfə monitorinqlər aparılsa da, qeyri-ciddi müştərilər nəticəsində alınan pullar qaytarılmır.
Gəncə Aqrar Kredit Səhmdar Cəmiyyətinin Gəncə filialının rəhbəri Afina Babayevanın SİA-nın Qərb bürosuna verdiyi məlumata görə, mövcud vəziyyət bir sıra sahələrdə də zəncirvari çatışmazlıqlar yaradır: "Yaranan problemlərə baxmayaraq aqrar sferanın inkişafı istiqamətində də lazımi addımların atılması davam etdirilir. Başqa sözlə desək, daha inamlı müştərilərə kreditlər vaxtında verilir ki, fermerlərdə zamanında məhsul götürə bilsinlər".
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB