Problemlər aradan qaldırılır FOTO

Problemlər aradan qaldırılır FOTO

Ötən gün axşam saatlarında Gəncədə qeydə alınan qeyri-sabit hava şəraiti şəhərə ciddi ziyan vurub. SİA-nın bölgə müxbirinin məlumatına görə, təxminən 40-dəqiqə ərzində davam edən güclü külək və şiddətli yağış nəticəsində Gəncədə iri gövdəli ağaclar aşıb. Aşan ağaclar bəzi mənzillərə ziyan vurub, müəyyən ağaclar isə avtomobillərin üzərinə düşüb. Bundan əlavə, elektrik dirəkləri də sıradan çıxıb. Yaranan vəziyyət artıq aidiyyatı orqanları da hərəkətə gətirib.

Şəhər İcra Hakimiyyəti Aparatının Mənzil Kommunal İstehsalat Birliyinin işçi qüvvəsi tərəfindən aşan ağacların avtomobil yollarından təmizlənməsinə başlanılıb. Bundan əlavə fasilələr yaranan enerji və qaz təsərrüfatında da problemlər aradan qaldırılıb.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə