Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) AR Prezidenti yanında Azərbaycan Gənclər Fondunun dəstəyi ilə Fransa, Almaniya, Bolqarıstan, Ukrayna, Polşa, İtaliya, Türkiyə, Bosniya və Hersoqovina, Moldova ölkələrinin gənc fəallarının iştirakı ilə Bakıda 3-8 İyul, 2013-cü ildə Beynəlxalq Gənc Siyasətçilər Məktəbi həyata keçiriləcək.
SİA-ya verilən məlumata görə, bu layihənin əsas məqsədi Avropa və Azərbaycanın gənc siyasətçiləri arasında dostluq əsasında əməkdaşlığın yaradılması, ölkənin uğurlu dövlət siyasəti barədə ətraflı məlumat verib qarşılıqlı təcrübə mübadiləsi həyata keçirmək, Azərbaycan həqiqətləri barədə məlumatlandırmaq və fikir mübadiləsi aparmaqdır. Bununla yanaşı, Azərbaycanın Avropaya inteqrasiyası, demokratik quruculuqda Avropa təcrübəsi, siyasi elmin əsasları da müzakirə edilən mövzular arasında olacaq. Bütün mövzular çərçivəsində panellər təşkil olunacaq.
Eyni zamanda aidiyyatı dövlət qurumları ilə görüş keçiriləcək. Məktəb iştirakçıları siyasi bilik təcrübəsindən başqa, Azərbaycanın reallıqları və dövlətimizin demokratik quruculuqda nailiyyətləri barədə hərtərəfli məlumat alacaqlar. Sonda isə Gənc Siyasətçilər Şəbəkəsinin yaradılması nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB