“ELBA DÖNƏR” xidmətinizdədir

“ELBA DÖNƏR” xidmətinizdədir

Bu gün "Halal QİDA MMC" -nin "ELBA DÖNƏR" məhsulunun təqdimat mərasimi keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə qida məhsullarının istehsalına nəzarət edən dövlət strukturlarının nümayəndələri, MMC-nin idarə heyətinin üzvləri və texnoloqları iştirak edib.

"Halal QİDA MMC"-nin icraçı direktoru Səbuhi Cahangirov müəssisənin istehsal etdiyi məhsullar barədə məlumat verib. Bildirib ki, "Halal QİDA MMC" artıq 15 ilə yaxındır ki, ət və ət məhsullarının müxtəlif çeşidlər üzrə istehsalı ilə məşğuldur: "Müəssisəmiz cari ildən etibarən hazır dönər məhsulunun istehsalına başlayıb. İstehsal Almaniyadan, Türkiyədən və İspaniyadan gətirilmiş xüsusi texnologiyalar vasitəsilə, əl dəymədən İslam dinin qaydalarına uyğun şəkildə baş tutur. Hazırda müxtəlif çəkilərdə və müxtəlif mütənasiblikdə mal və dana ətindən sertifikatlaşdırılmış qarışıq dönəri və yarpaq dönəri istehsal olunur".

Müəssisənin əsas məqsədinin milli "Fast food" yaratmaq olduğunu diqqətə çatdıran "Halal QİDA MMC"-nin təsisçisi Elçin Rüsatəmov deyib ki, layihəyə 2010-cu ildə İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Fondunun dəstəyilə 3 milyon manat vəsait ayrılıb: "İstehsal olunan dönər üçün ət Daşkəsən rayonunda yerləşən kəsim və emal fabrikindən gətirilir. İxtisaslaşmış laboratoriyalarda istehsalda istifadə olunan xammal, hazır məhsul orqanoleptik, kimyəvi və mikrobioloji müayinələrdən keçirilir. Sonra gigiyena qaydalarına cavab verən məhsul alıcılara təqdim olunur".

Qeyd edək ki, 1999-cu ildən öz ləziz, dadlı, rəngarəng məhsulları ilə hər bir ailənin süfrəsini bəzəyən "Elba" MMCnin dəstəyilə 2008-ci ildə Gəncə şəhərində "Halal QİDA" adlı MMC yaradılıb. Müəssisə beynəlxalq sertifikatlara layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə