Gənclər və İdman naziri Şirvanda 6 rayondan olan vətəndaşları qəbul edib. SİA-nın aran bürosunun müxbirinin verdiyi məlumata görə, bu gün nazir Azad Rəhimov Şirvan şəhərində Şirvan şəhər Hacıqabul, Salyan, Neftçala, Sabirabad, Saatlı rayonlarından olan vətəndaşları qəbul edib. Saat 10:00 da başlayan qəbulda 40 nəfərdən çox vətəndaş iştirak edib.
Müraciətlər əsasən güzəştli ipoteka krediti almaq, rayonlarda gənclər mərkəzlərinin tikintisi, idman bölmələrinin açılması, idman zallarının və meydançaların tikilməsi, gənclərlə iş sahəsində QHT yaradılmasına dəstək, işə qəbul olunmaq kimi məsələlərdən ibarət olub. Nazir vətəndaşları dinləyərək onları narahat edən məsələlərin həlli üçün lazımı tapşırıqlarını verib.
Qəbuldan sonra qeyd olunan şəhər və rayonların idarə rəislərini qəbul edən nazir qaldırılan məsələlərlə bağlı göstərişlərini verib. Azad Rəhimov sonda jurnalistlər üçün brifinq keçirərək qəbulla bağlı təsuratlarını açıqlayıb.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB