64 nəfər partiya üzvü oldu

Ana Vətən Partiyası (AVP) Şəki rayon təşkilatında partiyaya yeni üzvlərin qəbul olunması və üzvlük vəsiqələrinin təqdim olunması ilə bağlı tədbir keçirilib. SİA-ya verilən məlumata görə, tədbir iştirakçıları qarşısında çıxış edən AVP Şəki rayon təşkilatının sədri Əhməd Həşimov, yeni partiya üzvlərini təbrik edib, onlara gələcək işlərində müvəffəqiyyətlər arzu edib.

Təşkilat sədri qeyd edib ki, onlar da partiyanın gələcək fəaliyyətində yaxından iştirak edəcək və ümumpartiya işinə öz müsbət töhfələrini verəcəklər.

Qeyd edək ki, sonda yeni qəbul edilmiş 64 nəfər partiya üzvlərinə vəsiqələr təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə